Avtomobil istehsalı artıb

Avtoxəbər 20 Noyabr 2018 22:48 Oxunub 1320
Avtomobil istehsalı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib

Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib. Avtosfer.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb. Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6 faiz artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh