Avtobuslarda kart sistemindən xəbərsizlər var - FOTOLAR

Yazarlar 15 May 2014 16:29 Oxunub 1866
Avtobuslarda kart sistemindən xəbərsizlər var - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Pulumu verib düşürəm...» deyən sərnişinlər narazıdır

Bu ilin yanvarından başlayaraq Bakıda 40 marşrut xətti üzrə hərəkət edən avtobuslarda kart sisteminin tətbiqinə başlanıb. Kart sistemi Azərbaycanda ilk dəfə tətbiq olduğundan sürücülər və sərnişinlər tərəfindən hələ də birmənalı qarşılanmır. Sərnişinlərin bir qismi ya  “Pulumu verib düşürəm” deyə bu xidmətdən imtina edir, ya da ümumiyyətlə, bu sistemin varlığından xəbərsiz olduqlarını deyirlər. Modern.az əməkdaşının müşahidə apardığı avtobuslarda da bunun şahidi olub. Sərnişin Ramal Əsədov deyir ki, kartların nə satış yerini bilir, nə də kartın qiyməti onun üçün fərq edir. “Pulumu verib düşürəm”. Məğrur Abbasov isə yeni kart sistemindən ümumiyyətlə xəbərsiz idi. Mütəmadi olaraq marşrutdan istifadə edən sərnişin Aytən Quliyeva kartdan istifadə etmədiyini deyir. “Amma hami bir nəfər kimi bu sistemi keçsə, daha yaxşı olar. Məcburi deyil deyə istifadə etmirəm”.

Digər bir sərnişin – Nigar Əhmədova isə kart sistemini bəyəndiyini deyir. “Amma mən də hələlik kartdan istifadə etmirəm”.

Bir çox sərnişin kart sistemin nə olduğunu bilmədiyini söyləyib. Amma sonda kartı olan sərnişinlərə də rast gəldik. Onlar yeni sistemdən razı deyillər. Kartları olan sərnişinləri narahatçılığına səbəb ödəniş məntəqələrinin dayanacaqlarda olmamasıdır. Avtobus sürücüləri də kart sistemindən razılıq etmir. 10 nömrəli avtobus sürücüsünün dediyinə görə, əvvəllər kartdan istifadə edən var idi, lakin sonra say azaldı. Adını demək istəməyən digər bir avtobus sürücüsü isə səbəbi sərnişinlərdə görür. “Bizdən asılı deyil. Sərnişin özü alıb istifadə etməlidir. Biz pulumuzu alırıq”.

Qeyd edək ki, bu ildən etibarən Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlayıb. Yeni sistem hələlik bu marşrut avtobuslarında istifadəyə verilib: 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96. Kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Rəsmi məlumata görə, artıq 1 milyona yaxın kart sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır. Bu prepaid-kartlar “MasterCard” bazasında “Bank of Azerbaijan” tərəfindən buraxılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh