Sürücülərin nəzərinə: Tbilisi prospektində kameralar sizi çəkir - VİDEO

Avtosfer TV 20 Noyabr 2018 13:58 Oxunub 2284
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolaqlar üzrə hərəkətdə dəyişiklik edilib

Bir çox sürücülər zolaqlar üzrə hərəkət yol nişanı ilə məcburi hərəkət yol nişanını səhv salır və onların mənasını düzgün qəbul etmirlər. Avtosfer.az xəbər verir ki, Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində zolaqlar üzrə hərəkətdə dəyişiklik edilib. Yeni quraşdırılan 5.8.1 “zolaqlarla hərəkət istiqaməti” nişanı və 1.18 zolaqlar üzrə hərəkət nişanlanması sizə zolaqdan yalnız sola dönməyə və müəyyən edillən hissədən düzünə hərəkət etməyə icazə verir. Çünki geriyə dönmə yalnız sol kənar zolaqla həyata keçirilə bilər.

1.11 nişanlama xətti yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir.  Bu da o deməkdir ki,sol tərəfə dönmək və ya düzünə hərəkət edənlər artıq zolağı əvvəlcədən seçməlidirlər.

Xatırladaq ki, burada bunun üçün 5.8.1 “zolaqlarla hərəkət istiqaməti” nişanı və 1.18 zolaqlar üzrə hərəkət nişanlanması mövcuddur. Bu qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur. (Avtoreyd)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh