"Bakıda quraşıdırılan tumbalar təhlükəszlik baxımından əlverişlidir” - Ekspert

Yazarlar 20 Noyabr 2018 14:11 Oxunub 1453
"Bakıda quraşıdırılan tumbalar təhlükəszlik baxımından əlverişlidir” - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Səkilərdə parklanmanın qarşısını almaq mümkün deyildi"

Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakıda Neftçilər prospekti, Kukla teatrı ilə üzbəüz parkın ətrafındakı səkilərə tumba quraşdırılması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Sakinlər hesab edir ki, agentlik bu işlərlə sanki şəhəri qəfəsə döndərmiş olur. Onlar düşünür ki, tumbaların quraşdırılması səkiyə çıxan avtomobillərin qarşısını alsa da, şəhərin görüntüsünə xələl gətirir. Şəhər sakinləri fikirlərini sosial şəbəkələrdə ifadə ediblər. Sakinlərdən fərqli olaraq yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında sözügedən yeniliyi yaxşı hal kimi qiymətləndirdi. 

Onun fikrincə, səkilərdə tumbaların quraşdırılması həm təhlükəsizlik, həm də bəzi aspektlərdən əlverişli bir variantdır: "Avtomobil terroru dünyada geniş yayılır və heç kim əmin deyil ki, Azərbaycanda da, belə bir addımı heç kəs atmaz. Yəni o, qədər həyatından bezmiş, cəmiyyətə zərər vurmaq istəyən insanlar var ki, onlardan hər şey gözləmək olar. Son vaxtlar baş verən yol nəqliyyat hadisələrinin incələnməsi, müşahidə edilməsi onu göstərir ki, qəzalar səkidə baş verir. İki avtomobil toqquşur, biri səkiyə çıxır. Nəticədə isə səkidə hərəkət edən hünahsız insanlar xəsarət alır, ölür”.

Tumbaların şəhərin görüntüsünə xələl gətirməsi məsələsinə də aydınlıq gətirən ekspert hesab edir ki, bu, zərurətdən irəli gələn addımdır: "Bizim cəmiyyətimizin özü məcbur etdi ki, artıq biz bunu edək. Yəni BNA məcburən bu addımı atır. Nəyə görə? Səkilərdə parklanmanın qarşısını almaq mümkün deyil. Pandus quraşdırırlar, onun üzərində maşın saxlayırlar. Axırı gətirib məcburən pandusların üstünə də o tumbalardan basdırılar ki, maşınlar çıxmasın. Özünü "ağıllı" sayan, özünü cəmiyyətdə mövqe tutmuş şəxs hesab edən, kimdənsə üstün tutan şəxslər harada gəldi maşın saxlayırlar. Səkini qaldırısan, gedir bahalı və hündür maşın alır. Maşın hündürdü deyə səkiyə dirmandırırlar. Yəni belələri ilə mübarizə aparmaq üçün çəpərdən başqa variant qalmır. Baxın, piyada keçidləri ola-ola insanlar yola çıxır. Niyə çıxır?. Çünki məsuliyyətsiz adamdır. Dünyanın əksər ölkələrində bununla mübarizə apara bilmirlər. Götürüb yolu çəpərləyirlər. Axırda bizdə də yollara çəpər çəkəcəklər ki, piyadalar yola girməsin".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh