“Nissan” və “Mitsubishi Motors” şirkətlərinin səhmləri xeyli ucuzlaşıb

Avtoxəbər 20 Noyabr 2018 22:08 Oxunub 907
“Nissan” və “Mitsubishi Motors” şirkətlərinin səhmləri xeyli ucuzlaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu investorlar arasında ciddi narahatlığa səbəb olub

“Nissan” avtomobil istehsalı şirkətinin rəhbərliyində baş verən həbslər şirkətin gələcəyi ilə bağlı investorlar arasında ciddi narahatlığa səbəb olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, noyabrın 20-də səhər sessiyasında Tokio Fond Birjasında “Nissan” şirkətinin səhmlərinin dəyəri 6 faiz azalaraq, il ərzində ən aşağı səviyyəyə düşüb. Eyni zamanda, şirkətin tərəfdaşı olan “Mitsubishi Motors” avtomobil istehsalı şirkətinin səhmləri də ucuzlaşıb. Onun səhmləri 7,1 faiz aşağı düşüb. Eyni vəziyyət Paris bazarında da müşahidə olunub. Burada isə “Renault” şirkətinin səhmləri 8 faiz aşağı düşüb. Mütəxəssislərin yaranmış vəziyyətin “Nissan” şirkəti istisna olmaqla, avtomobil istehsalı sektoruna ümumilikdə o qədər də təsir göstərməyəcəyini bildirməsinə baxmayaraq, investorların çoxu “Nissan və “Mitsubishi Motors” şirkətlərinin gələcəyi ilə bağlı narahatdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh