Bakının yol polisi Rusiyada dünya çempionu oldu - FOTOLAR

Yol polisi 20 Noyabr 2018 14:34 Oxunub 1283
Bakının yol polisi Rusiyada dünya çempionu oldu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün rəqiblərini məğlub edən Nicat Əliyev qızıl medala sahib olub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Nicat İlqar oğlu Əliyev dünya çempionu olub. Avtosfer.az xəbər verir ki, 12-19 noyabr tarixlərində Rusiyanın Kaluqa vilayətinin Medin şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. Yarışda 58 ölkədən 300-dən artıq idmançı iştirak edib. Bütün rəqiblərini məğlub edən Nicat Əliyev 80 kq çəki dərəcəsəndə dünya çempionu adını qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, Nicat Əliyev Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının növbətçi hissəsinin operatoru vəzifəsində çalışır. O, bundan əvvəl universal döyüş üzrə beşqat dünya çempionu, 6 dəfə Avropa çempionu və dünya oyunlarının qalibi olub. Həmçinin, Asiya kəmərinin də qalibidir. 6 dəfə Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin çempionu olub. Əməkdar idman ustasıdır. Prezdent İlham Əliyev onu 2 dəfə mükafata layıq görüb, 2017-ci ilin yekunlarında isə mənzil hədiyyə edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh