Səkidə yolu kəsən sürücü cərimələndi: 40 manat - FOTO

Avtoxəbər 20 Noyabr 2018 15:10 Oxunub 1184
Səkidə yolu kəsən sürücü cərimələndi: 40 manat - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elə park etmişdi ki, nə öndən, nə də arxadan gələn piyadalar normal qaydada keçib gedə bilmirdi

5 noyabr 2018-ci il arixində Avtosfer.az portalında səkidə park edən 10 GG 038 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil barədə məlumat dərc edilmişdi. Avtomobilin sürücüsü maşını elə park etmişdi ki, nə öndən, nə də arxadan gələn piyadalar normal qaydada keçib gedə bilmirdi.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı məsələyə münasibət bildirərək qeyd etmişdi ki, konkret olaraq bu fotodakı sürücüyə səkidə hərəkət etməyə görə 40 manat cərimə yazmaq olar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində həm də məhz bu cür qayda pozuntularına qarşı mübarizə nəzərdə tutulur. Məntiqlə, sürücü maşını səkiyə əli ilə qaldırıb qoymur, yəni, səkidə hərəkət etməklə maşını orada park edir. Bu halda yol polisi həmin sürücüyə çox rahat şəkildə 40 manat cərimə yaza bilər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq bu sürücü aşkarlanıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində tətbiq edilib. Həmçinin sürücüyə xəbərdarlıq edilib ki, bu cür kobud qayda pozuntularına yol verməsin.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh