Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşının məhkəməsi başlayıb

Avtoxəbər 20 Noyabr 2018 16:18 Oxunub 1115
Bakıda rüşvətə görə həbs edilən sabiq polis əməkdaşının məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib. Qeyd edək ki, S.Sadıqov "Bakı Metropoliteni" QSC-də polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədi verib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib. Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh