Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

Avtoxəbər 20 Noyabr 2018 21:11 Oxunub 905
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-oktyabr aylarında

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib. İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub. Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri 22575 ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub. Yanvar-oktyabr aylarında Gürcüstandan, ümumilikdə, 40 397 ədəd minik avtomobili ixrac olunub ki, bu da illik müqayisədə 90,5% çoxdur. İlkin məlumatlara əsasən, qonşu ölkə avtomobillərin builki təkrar ixracından 317 mln. dollar gəlir əldə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh