Hər şey üçün yeni nəzəriyyə yaradılıb - Elmdə inqilab

Maraqlı 20 Noyabr 2018 21:30 Oxunub 904
Hər şey üçün yeni nəzəriyyə yaradılıb - Elmdə inqilab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qravitasiya qanununu açıqlamaqda işə yaramır

Almaniyanın Qravitasiya Fizika İnstitutunun və Varşava Universitetinin alimləri cazibə qanununu da əhatə edən Partikulyar Fizikanın Standart Modelini genişləndiriblər. Avtosfer.az “qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə phys.org saytında məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, hər şeyin son nəzəriyyəsi ola biləcək yeni nəzəriyyə qeyri-adi xüsusiyyətlərə malik hissəciklərin mövcudluğunu öyrənməyə kömək edəcək. Elmə məlum olan elementar hissəciklərin xüsusiyyətləri təcrübədə sübuta yetirilib, lakin bir sıra fiziki hadisələr (məsələn, kütlələrin, neytronların rəqsi və qaranlıq kütlələrin mənşəyi) hələ də açıqlana bilmir. Həmçinin Standart Model elektromaqnit, zəif və güclü təsirləri aydınlaşdırmağa kömək edir, lakin qravitasiya qanununu açıqlamaqda işə yaramır. Başqa sözlə Bing Bang (Böyük Partlayış) və qara dəlik hadisələrinin üfüqi varlığı kimi prosesləri araşdırarkən ümumi nəzəriyyə yetərli olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh