Göygöldə qayda pozan sürücülər cərimələnib - VİDEO

Yol polisi 20 Noyabr 2018 21:31 Oxunub 932
Göygöldə qayda pozan sürücülər cərimələnib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30-dək sürücü barəsində inzibati qaydada protokol tərtib edilib

Avtomobil yollarında təhlükəsizliyinin təmin olunması məqsədilə Göygöl rayon Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində reyd keçirib. 
Avtosfer.az x'b'r verir ki reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilib.
Reyd zamanı əsas məqsəd qəzaların qarşısının alınması, təhlükəsizliyə səbəb olan sürücülərin aşkarlanması, həmçinin yükdaşıma qaydalarına nəzarət olub. 
Yol hərəkəti qaydaları pozan, qanunsuz olaraq pərdə və plyonkalardan istifadə edən, habelə sənədləri qaydasında olmayan sürücülərə protokol tərtib olunub.
YPX əməkdaşları 30-dək sürücü barəsində inzibati qaydada protokol tərtib edib, 3 avtomobil duracağa yerləşdirilib. 
Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh