102 yaşlı əkizlər uzunömürlülüyün sirrini açıqlayıblar

Maraqlı 21 Noyabr 2018 23:55 Oxunub 1065
102 yaşlı əkizlər uzunömürlülüyün sirrini açıqlayıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar çoxlu balıq yeyiblər və alkoqollu içkilər qəbul ediblər

Böyük Britaniyanın ən qoca sakinlərindən olan əkiz bacılar – Fillis Cons və İren Kamp 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini bölüşüblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazır. Bacılar bildiriblər ki, onlar çoxlu balıq yeyiblər və alkoqollu içkilər qəbul ediblər. Lakin içkinin miqdarı iki badədən artıq olmayıb. Bununla yanaşı, onllardan heç biri artritdən – oynaq xəstəliyindən əziyyət çəkmir. Bacıların hər ikisində qan təzyiqi normaldır. Hazırda bacılar Vusterşi qraflığının Storport-on-Severn şəhərində yaşayırlar. 1916-cı ildə dünyaya gələn əkizlər 4 monarxın, 20 baş nazirin hakimiyyətinə və İki Dünya Müharibəsinə şahidlik ediblər. Fillis bir qədər böyük sayılır – o, İrendən 25 dəqiqə tez doğulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh