Şumaxerin oğlu Çempionlar yarışında iştirak edəcək

Yarışma 21 Noyabr 2018 23:42 Oxunub 1224
Şumaxerin oğlu Çempionlar yarışında iştirak edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çempionlar yarışına dəvət onun üçün gözlənilməz olub

Yeddiqat “Formula-1” çempionu olan Mixael Şumaxerin oğlu Meksikada keçiriləcək Çempionlar yarışında iştirak edəcək.  Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Formula-3” pilotu, 19 yaşlı Mik Şumaxer yarışa Almaniya yığmasının heyətində dördqat “Formula 1” qalibi Sebastyan Fettel ilə birgə qatılacaq.  Mik Şumaxer bildirib ki, Çempionlar yarışına dəvət onun üçün gözlənilməz olub. “Almaniya millisini Sebastyan Fettellə formalaşdıracağım isə daha gözlənilməz olub. Bu, mənim üçün çətin sınaq olacaq”, - deyə o vurğulayıb.  Qeyd edək ki, Mik Şumaxer 2018-ci ildə “Formala-3” yarış seriyasının qalibi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh