Kosmosda ilk özçəkim 52 il əvvəl çəkilib

Maraqlı 21 Noyabr 2018 23:35 Oxunub 900
Kosmosda ilk özçəkim 52 il əvvəl çəkilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Tweet yox amma kosmosda ilk özçəkimi mən etdim!"

Baz Oldrinin kosmosda etdiyi özçəkim (selfie), bu gün 52 illik yaşını qeyd edir. 1966-cı ildə, Baz Oldrinin kosmik gəmini XII vəzifəsi əsnasında çəkdiyi bu fotoşəkil, tarixin ilk kosmosda çəkilən özçəkimi olaraq xatırlanır. Daha sonra Aya ayaq basan 2-ci adam olaraq da tarixə düşən Baz Oldrin nə qədər xüsusi biri olduğunun bir başqa göstəricisidir. Əslində bu çox da tanınmayan bir fotoşəkil deyil. Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, NASA-nın maraqlı bir formada çox da ön plana çıxarmadığı materiallardan biridir. İctimaiyyətin bu fotoşəkildən xəbərdar olması isə Baz Oldrinin tvit atması sonrasında oldu deyə bilərik. "Baz Oldrinin Aydan tvit atmasını çox istəyərdim", - yazması üzərinə Baz Oldrindən cavabı gəldi: "Tweet yox amma kosmosda ilk özçəkimi mən etdim! Xeyli bahalı bir özçəkim çubuğu ilə". Bir müddətdir kosmosdan çəkilən ilk özçəkimin astronavt Maykl Hopkinsə aid olduğu deyilirdi. Beləliklə bu səhv də düzəlmiş oldu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh