Dizel və benzinlə işləyən avtobuslar xətlərdən yığışdırılacaq - Açıqlama

Avtoxəbər 21 Noyabr 2018 23:01 Oxunub 2097
Dizel və benzinlə işləyən avtobuslar xətlərdən yığışdırılacaq - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus parkı yeniləndikcə dizel və benzinlə işləyən avtobusları sıxılmış qazla işləyən avtobuslar əvəzləyəcək

Paytaxtda sərnişindaşımada nağdsız ödəniş üsuluna keçid baş tutsa da, bu proses tam yekunlaşmayıb. Hələ də bəzi xətlər üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqı nağd ödənilir.
Qeyd edək ki, sərnişindaşımada xidmət səviyyəsinin yüksəldilməsi, vergi sahəsində şəffaflığın təmini, eləcə də avtobus qəzalarının qarşısının alınması üçün nağdsız ödəniş sisteminə keçidin müsbət təsiri var. Təcrübə göstərir ki, gediş haqqı nağd ödənilən avtobuslarda sərnişindaşıma qaydaları kobud şəkildə pozulur. Eyni xətt üzrə hərəkət edən avtobuslarda sürücülər arası tez-tez mübahisələr yaranır, daha çox sərnişin götürmək üçün sərnişinlərin həyatına təhlükə yaradan hallara yol verilir. Bəs görəsən paytaxtda sərnişindaşımada nağdsız ödəniş sisteminin növbəti olaraq hansı xətlərdə tətbiqi gözlənilir? 

Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Movqe.az-a açıqlamasında deyib ki, paytaxtda sərnişindaşımada avtobus parkı yeniləndikcə nağdsız ödəmə üsulu ilə fəaliyyət göstərən avtobusların da sayı artır. BNA səlahiyyətlisi ölkə başçısı İlham Əliyevin Əliyev avqustun 8-də “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” imzaladığı sərəncama əsasən gətiriləcək növbəti 300 avtobusun da nağdsız ödəmə üsulu ilə fəaliyyət göstərəcəyini söyləyir: “Prezident İlham Əliyev avqustun 8-də “Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayrılıb. Artıq bu məqsədlə tender də keçirilib.

Tenderin qalibi BMC OTOMOTİV SANAYİ VE TİCARET A.Ş olub.  Şirkətdən alınacaq avtobuslar sərnişindaşıma tələblərinə tam uyğundur. Ölçüsü 12 və 18 metr olacaq avtobusla sıxılmış qazla işləyəcək. Hədəfimiz odur ki, paytaxtda avtobus parkı yeniləndikcə dizellə və benzinlə çalışan avtobuslar xətlərdən çıxarılsın.  Gətiriləcək avtobuslar BNA tərəfindən istismar olunacaq. Əsasəm problemli xətlərə salınacaq. Bu avtobuslarda da  nağdsız ödəniş olacaq. Sürücülərin işə qəbulunda peşəkarlara üstünlük veriləcək”.

M. Ağayev avtobusların mərhələli şəkildə gətiriləcəyini söyləyib. Məqsəd sərnişinlərə təhlükəsiz, keyfiyyətli və şəhərin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh