Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır

Maraqlı 22 Noyabr 2018 23:22 Oxunub 966
Alimlərin kəşf etdiyi yeni ulduz sistemi partlayışa hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Apop"da ulduz küləyi saatda 12 milyon km sürətlə hərəkət edir

Avropa Cənub Rəsədxanası yeni ulduz sisteminin kəşf edildiyini açıqlayıb. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, alimlər kəşf edilən ulduz sisteminin partlayışa hazırlaşdığını bildiriblər. Bildirilir ki, sistem üç ulduzdan ibarətdir və kosmik tozla əhatə edilib. Sistemin rəsmi adı "2XMM J160050.7-514245"dır amma ilan formasında olduğu üçün astronomlar "Apop" adlandırıblar. Qədim Misir mifologiyasında Apop xaosu təsvir edən nəhəng ilandır və Ra Günəş Tanrısının düşmənidir. Sistem Volf-Raye ulduzundan ibarətdir. Bu ulduzlarda isə işıqlanma və tempratur çox yüksək olur. Bəzi nəhəng ulduzlar həyatlarının son dövründə Volf-Raye ulduzuna çevrilirlər. Əsasən bu, bir neçə yüz min il davam edən qısa fazadır. "Apop"da ulduz küləyi saatda 12 milyon km sürətlə hərəkət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh