“Tesla” şirkəti Çin bazarında qiymətlərini azaldıb

Avtobazar 22 Noyabr 2018 21:55 Oxunub 1310
“Tesla” şirkəti Çin bazarında qiymətlərini azaldıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tətbiq olunan əngəlləyici rüsumları “zərərsizləşdirməy”ə cəhd kimi qəbul edirlə

Dünyanın ən iri elektromobil istehsalçısı olan ABŞ-ın “Tesla” şirkəti” Çində satılan S və X modellərinin müxtəlif seriyalarına qiymətləri aşağı saldıqlarını açıqlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, şirkətin bu barədəki press-relizinə görə, bu gündən etibarən Çin bazarında satılan elektromobillərin qiymətləri 12-26 faiz azaldılır. Məsələn, Model S 75D 887,6 min yuandan 782,9 minədək, Model X P100D isə 24,4 faiz, 1,19 milyon yuanadək ucuzlaşıb. Bu addımı ekspertlər ABŞ ilə Çin arasındakı ticarət müharibəsi ilə bağlı tətbiq olunan əngəlləyici rüsumları “zərərsizləşdirməy”ə cəhd kimi qəbul edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh