BNA-dan təklif: Onlar da cərimələnsin - FOTO

Avtoxəbər 22 Noyabr 2018 15:48 Oxunub 1211
BNA-dan təklif: Onlar da cərimələnsin - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu məsələ bizi də ciddi narahat edir”

Bakı Nəqliyyat Agentliyinə məxsus 170 nömrəli xətt üzrə hərəkət edən marşrut sürücüsü içi sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsinə salıb. Avtosfer.az-ın axar.az-a istinadən məlumatına görə, hadisəni əks etdirən fotonu sosial şəbəkədə paylaşan istifadəçi bildirib ki, bununla bağlı sərnişinlər sürücüyə iradlarını bildiriblər. Sürücü isə cavabında bildirib ki, bizə olar. Məsələ ilə bağlı açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır və bu, inzibati xəta sayılır. Ancaq M.Ağayev həm də təklif edib ki, gərək avtobusa bu xidməti göstərən yanacaqdoldurma məntəqəsi də cərimələnsin: “Bu məsələ bizi də ciddi narahat edir. Yanacaqdoldurma məntəqəsinə sərnişinlə dolu avtobusun daxil olması qadağandır və bu kimi hala yol verilməsi inzibati xəta sayılır. Sərnişin avtobuslarına qoyulan tələblərə əsasən, xəttə çıxmazdan əvvəl və ya qaraja qayıdanda yanacaq vurulmalıdır. Biz hər belə hal olduqda öz səlahiyyətlərimiz çərçivəsində addım atırıq. Lakin bildiyiniz kimi, bu kimi inzibati xətaya yol verən sürücülərin cərimələnməsi müvafiq qurum tərəfindən həyata keçirilir. Biz əgər bu kimi halların olmasını istəmiriksə, o halda cəmiyyət olaraq hamılıqla buna etiraz etməliyik. Eyni zamanda bu məsələdə müsbət nəticə o halda əldə ediləcək ki, yanacaqdoldurma məntəqəsi də cərimə edilsin”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh