Reysi ləğv olunan nazir hava limanında yanğın törətdi VİDEO

Avtosfer TV 22 Noyabr 2018 21:28 Oxunub 959
Reysi ləğv olunan nazir hava limanında yanğın törətdi VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fida Husein uçuş reysi ləğv edildiyi üçün qeyri-adi etiraz nümayiş etdirib

Pakistanda Gilgit-Baltistan bölgəsinin naziri Fida Husein uçuş reysi ləğv edildiyi üçün qeyri-adi etiraz nümayiş etdirib. Avtosfer.az qaynarinfo.az-ə istinadən xəbər verir ki, nazir İslababad Beynəlxalq hava limanında paltarlarını yandırıb. Terminal binasının mərkəzində yanğın törətdikdən sonra polislərin gəldiyini görən nazir əllərini uzadaraq qandallanmasını istəyib. Yerli mənbələrin məlumatına görə, Fida Huseyn yanlış davranış sərgilədiyi üçün yüksək məhkəməyə çağırılıb. Onun dekabrın 3-də məhkəmə qarşısına çıxacağı bildirilir. Məlumata görə, Pakistan Beynəlxalq Hava Limanında İslamabad-Gilgit reysi hava şəraitinin pisləşməsi səbəbindən əvvəlcə təxirə salınıb, ardınca isə ləğv edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh