Əli traktorun altında qalan sürücü iki barmağını itirib - Mingəçevirdə

Avtoxəbər 23 Noyabr 2018 07:11 Oxunub 1057
Əli traktorun altında qalan sürücü iki barmağını itirib - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində sürücü bədbəxt hadisə nəticəsində iki barmağını itirib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü şəhər sakini Salahov Kamran Mayıl oğlu domkratdan istifadə yolu ilə traktorunu təmir etmək istəyib. Lakin domkrat traktorun altından yayınıb və sürücünün əli nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun iki barmağını yarıdan itirdiyi bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh