Balıqlarının kütləvi qırılması səbəbindən körpünün tikintisi dayandırılıb

Maraqlı 23 Noyabr 2018 23:08 Oxunub 1011
Balıqlarının kütləvi qırılması səbəbindən körpünün tikintisi dayandırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlər hesab edir ki, bu balıq növü azı 140 milyon il əvvəl mövcud olub

Çinin mərkəzi Hubey əyalətinin Szinçjou yaşayış məntəqəsində körpünün tikintisi yaxınlıqdakı balıq təsərrüfatında təxminən 6 min nərə balığının ölümü ilə əlaqədar dayandırılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinə istinadən "China Daily" qəzeti yazıb. Nəşrin məlumatına görə, yerli hökumət Çin nərələrinin kütləvi ölümünü araşdırıb və belə qərara gəlib ki, bu, mühafizə olunan təbiət ərazisində qanunsuz apardığı ehtimal edilən körpünün tikintisi üzrə işlərin nəticəsində ola bilər. Nəşrin məlumatına görə, yerli hökumət Çin nərələrinin kütləvi ölümünü araşdırıb və belə qərara gəlib ki, bu, mühafizə olunan təbiət ərazisində qanunsuz aparıldığı ehtimal edilən körpünün tikintisi üzrə işlərin nəticəsində ola bilər. Çin nərəsinin nəsli tükənmək üzrədir. Alimlər hesab edirlər ki, bu balıq növü azı 140 milyon il əvvəl mövcud olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh