Binədəki qatar yolunda qeyri-müəyən "STOP" - VİDEO

Yazarlar 23 Noyabr 2018 11:57 Oxunub 1362
Binədəki qatar yolunda qeyri-müəyən "STOP" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələ ki, bununla bağlı cərimələnən olmayıb

Bir müddət əvvəl Binə qəsəbəsində 160 nömrəli avtobusun  qatarla toqquşmasından sonra əraziyə yeni yol nişanları və şlaqbaum quraşdırılıb. Dəmir  yolu keçidinin hər iki tərəfində stop xətti və stop işarəsi var. Bu isə o deməkdir ki, avtomobillər şlaqbauma çatdıqda işıqforun  yanıb və yanmamasından asılı olmayaraq dayanmalı və daha sonra hərəkətinə davam etməlidir. 
Amma hazırda buna əməl edən yoxur. Çünki  ərazidə yaşayan sakinlər uzun illərdi yolu bu cür gedib-gəliblər. 
Qeyd edək ki, stop nişanı dəmir yolu  xətti nişanı ilə birgə qoyulub. 
Burada isə qeyri-müəyyən bir məslə ortaya çıxır. 
Sürücülər yalnız qatar gələndə dayanmalıdır, yoxsa bütün hallarda? 
Hələ ki, bununla bağlı cərimələnən olmayıb. Amma həmin stop nişanının funksiyası tam aydınlaşmalı, əgər avtomobillər orada dayanmalıdırsa, bu izah edilməlidir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh