Sürücülük vəsiqəsi aldı, 1 saat keçməmiş sürücülük hüququnu itirdi

Maraqlı 23 Noyabr 2018 12:04 Oxunub 1254
Sürücülük vəsiqəsi aldı, 1 saat keçməmiş sürücülük hüququnu itirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
50 km/saat olan yerdə 95 km/saat-la hərəkət edib

Almaniyada 18 yaşlı bir gənc sürücülük vəsiqəsi alıb və cəmi 49 dəqiqə sonra sürücülük hüququndan məhrum edilib. Avtosfer.az xəbər verir ki,  oğlan vəsiqəni cibinə qoyan kimi sürətlə avtomobil idarə edib. Yaşayış məntəqəsində sürət həddini 45 km/saat aşıb (50 km/saat olan yerdə 95 km/saat-la hərəkət edib). Polis onu 4 həftəlik sürücülük hüququndan məhrum edib və 200 avro da cərimələyib. Üstəlik onun "yeni sürücü" (yəni xam sürücü) statusu 2 ildən 4 ilə artırılıb.

Fərid

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh