Ödənişli həbsxana: Pulunu ver, cəza çək - FOTO

Avtosfer Foto 24 Noyabr 2018 21:45 Oxunub 1629
Ödənişli həbsxana: Pulunu ver, cəza çək - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkumlar 24 saat həbsdə qalmaq üçün 90 dollar ödəyirlər

Bir çox insan üçün həbsə girmək qorxuncdur. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, buna baxmayaraq, Cənubi Koreyada dəmir barmaqlıqlar arxasına düşmək üçün pul ödəyənlər var. Honqçeon şəhərindəki “İçimdəki həbsxana” adlı həbsana 2013-cü ildən bu yana öz istəyi ilə məhkum olan  2 min nəfəri “qonaq” edib.

Bir çoxu stresli ofis şəraitindən bezən işçilər və ölkədəki ağır təhsil sistemindən qaçan tələbələrdən ibarət məhkumlar 24 saat həbsdə qalmaq üçün 90 dollar ödəyirlər. Bir çoxları “Bu həbsxana mənə azadlığı bəxş edir” deyirlər.

“Mənəı verilən işlərə baxsaq, əslində burda olmalı deyiləm. Amma bir az fasilə verib yaxşı bir həyat üçün özümlə tək qalmağı üstün tutdum”.

Həbsxanada əsl həbsxanada olan sərt qanunlar tətbiq edilir. Məhkumlara bir-biri ilə danışmaq, mobil telefondan istifadə etmək qadağan edilib. “Müştəri məhkumlar” mavi rəngli məhkum paltarı geyinirlər. Bir yoqa döşəyi, çay dəsti və kağız-qələmlə təchiz edilirlər, yerdə yatırlar. Otaqlarında kiçik bir tualet olsa da, güzgü yoxdur. Məhkumluq ödənişli olsa da, verilən yeməklər həbsxana yeməkləridir. Həbsxananın qurucusu olan Noh Ji-Hyanq bu fikri həftədə 100 saat işləmək məcburiyyətində qalan prokuror ərindən aldığını deyib. Nohun əri “Bəzən bir həftə kameraya girib istirahət etmək, özümü yaxşı hiss etmək istərdim” cümləsi ideyanın başlanğıc nöqtəsi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh