Bakıda parklanma qaydalarının pozulması pik həddə çatıb - FOTOFAKT

Avtosfer Foto 25 Noyabr 2018 09:51 Oxunub 2153
Bakıda parklanma qaydalarının pozulması pik həddə çatıb - FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir az da qabağa sürsəydi avtomobillə metroya girərdi

Oxucularımızdan biri avtosfer.az saytına öz rahatlığı üçün bütün ətrafdakılara narahatlıq yaradan, özündən başqa heç kimi düşünməyən sürücünün avtomobilinin fotosunu göndərib. 23.11.2018 tarixində 90 TP 265 dövlət qeydiyyat nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü maşını Sahil metrosuna giriş-çıxışın, yeraltı keçidin düz qarşısına  saxlayıb. Axı insan necə bu qədər ətrafa biganə və saymazyana yanaşa bilər?

Bəs dayanma-durma ilə bağlı cərimələri yazma səlahiyyətində olan BNA əməkdaşları bu halları niyə görmür? Əgər gördükləri tədbirlər kifayət etmirsə niyə bunu rəsmi qaydada bildirmirlər?

Doğurdan da avqust ayından indiyə qədər dayanma-durma ilə bağlı vəziyyət biabırçı həddə gəlib çatıb.

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh