YPX əməkdaşı sürücüyə adını niyə səhv deyib? - VİDEO

Avtosfer TV 25 Noyabr 2018 10:55 Oxunub 1943
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünü təqdim etmədən sənədlərin yerində olub-olmadığını soruşub

Sürücülərdən biri yolda düzgün xidmət aparmayan YPX inspektorları barədə redaksiyamıza məlumat verib. Sürücü iddia edir ki, noyabrın 9-da Bakıxanov qəsəbəsində hərəkətdə olarkən onu 99-YP-391 qeydiyyat nişanlı patrul avtomobilinin ekipajı dayandıraraq özünü təqdim etmədən sənədlərin yerində olub-olmadığını soruşub. Avtosfer.az xəbər verir ki, sonradan alkotesterlə sərxoşluğu müayinə etmək istəyərkən sürücü qanuni alkotesterin gətirilməsini tələb edib. Polis əməkdaşı digər alkostesteri gətirən zaman sürücü həmin cihazın başlığının dəyişdirilməsini tələb edib. Bu zaman yoldan keçən bir piyada polis əməkdaşlarına yaxınlaşaraq patrul avtomobilini təhlükəli idarə etdiklərini və "az öncə patrul avtomobili ilə onu vuracaqlarını" bildirib.  

Sürücü həmin patrul avtomobilində xidmət aparan Ceyhun adlı inspektorun xidmətindən şübhələndiyini də bildirib. Polis əməkdaşı sürücüyə adının Çingiz olduğunu bildirib. Lakin sonradan məlum olub ki, polisin adı Çingiz yox Ceyhundur. 
Həmin görüntüləri sizə təqdim edirik.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh