Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?

Maraqlı 25 Noyabr 2018 22:57 Oxunub 1128
Dünyanın ən varlı qadınlarını tanıyırsınızmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, "Bettencourt Schueller"fondunun sədri və həmçinin yazıçıdır

Kişilərin dünyadakı bütün varlılar siyahısına hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Üstəlik, bu qadınların əksəriyyətinə bu var-dövlət miras olaraq qalmamışdır. Bəziləri tamamilə öz səyləri ilə varlanan şəxslər ikən, digərləri isə öz imperiyalarını qurmaq üçün paylarına düşən mirası başlanğıc olaraq istifadə edib böyük işlərə imza atmışlar.

Avtosfer.Az 1lady.az-a istinadən sahibkarlıqla məşğul olmaq istəyən qadınlara ilham olacaq dünyanın ən varlı 10 qadını ilə sizləri tanış edir.

1. ALİSİYA VALTON (ALİCE WALTON)

Bloomberg - ə görə dünyanın ən varlı qadını olan Alisiya Valtonun 46.7 milyard dollar dəyərində bir sərvətə sahib olduğu güman edilir. "Walmart"  mağazalar şəbəkəsinin qurucusu Sem Voltonun (Sam Walton) qızı olan Alisiya internet galereyasını idarə etməklə yanaşı həmçinin ailə şirkəti olan "Walton Enterprises" - ın da rəhbəridir.

2. FRANSUAZA BETAKUR (FRANÇOİSE BETTENCOURT-MEYERS)

Dünyaca tanınmış kosmetika şirkəti L'Óréal - ın varisi Lilian Betakur (Liliane Bettencourt) keçən il vəfat etdiyi zaman onun qızı Fransuaza Betakur (Françoise Bettencourt-Meyers) birdən-birə dünyanın ən varlı qadınlarından biri oldu. Fransuaza 44.7 milyard dollarlıq sərvətə sahibdir. O, "Bettencourt Schueller"fondunun sədri və həmçinin yazıçıdır.

3. MARİA FRANCA FİSSOLO

Siyahının üçüncü yerində dünyaca məşhur "Ferrero Rocher" şokaladlarının yaradıcısı, Nutella şokaladını və fındığı birləşdirib yeni bir marka yaratmağa nail olan iş adamı Michele Ferrero - nun dul həyat yoldaşı Maria Franca Fissoloqərarlaşıb. Forbes jurnalının məlumatına görə 33.2 milyard dollar dəyərində bir sərvətə sahibdir.

4. JACQUELİNE MARS

Jacqueline Mars "Mars" şirniyyat şirkətinin üçdə birinə sahibdir. HəmçininForbes jurnalına görə, 28.3 milyard dollar dəyərində bir sərvətə sahibi olduğu da güman edilir. Şirkəti üçün illərlə çalışan Mars, şirkətin idarə heyətində də fəaliyyət göstərib, ancaq bu günlərdə ən çox xeyriyyəçilik fəaliyyətləri ilə adından söz edilir.

5. ZHOU QUNFEİ

Zhou Qunfei - nin məktəbi tərk edib saat şüşəsi istehsal edən bir fabrikdə işləməyə başladığı söylənilir. 22 yaşında olarkən özünə məxsus ilk şirkətini qurdu. Sözü gedən şirkət, mobil telefonlar üçün şüşə ekran istehsalı ilə məşğul idi. Çinli iş qadını hazırda öz səyləri ilə dünyanın ən varlı qadınlarının siyahısına daxil olmağa nail olub və 9.2 milyard dollar dəyərində sərvətin sahibidir.

6. SHERRY BRYDSON

Kanadanın ən zəngin qadını, yatırım şirkəti "Woodbridge" - in əsas səhmdarıSherry Brydsondur. O, 7.46 milyard dollar dəyərində sərvətə sahibdir.

7. DİANE HENDRİCKS

Həyat yoldaşı ilə birlikdə qurduğu "ABC Supple" şirkətini idarə edən Diane Hendricks təqribən 4.9 milyard dollar dəyərində sərvətin sahibidir.

8. YANG HUİYAN

Yang Huiyan varlıların 1% - nin yaşadığı ölkələrdən biri olan Çinin ən zəngin qadınlarından biridir. "Country Garden Holding" - in əsas səhmdarı olan Huiyanın sərvəti 25.6 milyard dollar dəyərindədir.

9. LORETTA ROBİNSON

Loretta Robinson Kanadanın ən böyük media və kommunikasiya şirkətlərindən biri olan "Rogers Communications" şirkətini quran Ted Rogers - in dul həyat yoldaşıdır. Robinson ailəsinin 7.9 milyard dollar dəyərində sərvətə sahib olduğu deyilir.

10. GİNA RİNEHART

Bir qadın üçün iş həyatına daxil olub orada özünə yer etmək olduqca çətindir, üstəlik də mədən sənayesindən söhbət gedirsə. Gina Rinehart - ın Avstraliyadakı ən varlı insana çevrilib təxmini dəyəri 14.9 milyard dollarlıq bir sərvətə qovuşması da məhz belə baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh