Pul xoşbəxtlik gətirmir – ARAŞDIRMA

Maraqlı 26 Noyabr 2018 00:09 Oxunub 1118
Pul xoşbəxtlik gətirmir – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qazancı daha aşağı olan insanlardan özlərini daha bədbəxt hiss edirlər

Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, hesab edilənin əksinə olaraq, pul səadət gətirmir.


Aylıq qazancı 4500 avrodan yuxarı olan insanlar, qazancı daha aşağı olan insanlardan özlərini daha bədbəxt hiss edirlər.


Gent Universitetinin səhiyyə üzrə iqtisadçısı proffesor Dr. Lieven Annemans və heyəti tərəfindən həyata keçirilən araşdırmaya əsasən, Belçikada aylıq gəlir orta hesabla 1716 avrodur. Cəmiyyətin beşdə biri, ayda 1000-1500 avroya yaşayır.


Araşdırmaya görə, aylıq gəliri 2000-3000 avro olan insanlar özlərini xoşbəxt hiss edirlər. Orta hesablamadan aşağı gəlirə sahib insanlar isə kifayət qədər xoşbəxt deyillər.


Lakin diqqəti ən çox cəlb edən məqam bədbəxtliyin ən çox qazananlar arasında da geniş yayılmasıdır. Aylıq gəliri 4500 avro və ondan yuxarı olan insanlar həyat şərtlərindən daha çox narazıdırlar. Bu insanlar az qazananlara nisbətən özlərini daha bədbəxt hiss edirlər.


Professor Dr. Annemans maddi zənginlikdən əldə olunan həzzin adətən qısamüddətli olduğuna diqqəti yönəldir.


Belçikalı tədqiqatçıya görə, yüksək qazanclı insanlar həm işlərindən, həm də sosial çevrələrindən razı deyillər.


"Qazanc stress və tənhalıq da gətirir"


"Bu yüksək gəlir öz başından yaranmır" deyən Annemans çox qazancın özüylə bərabər stress və tənhalıq da gətirdiyini vurğulayır.


Annemans-a görə, çox qazanan hissə "daha çox olsun impulsunun" qurbanı olur və bu acgözlük də həyat keyfiyyətini aşağı salır.


Müxtəlif universitetlərdən olan həmkarları ilə birlikdə 4 il ərzində xöşbəxtlik sorğusunda iştirak edən Leuven Universitetinin iqtisadi fakültəsindən olan professor Dr. Frederic Vermuelen rifah səviyyəsindəki bərabərsizliyin gəlir bərabərsizliyindən daha çox olduğunu qeyd edib.


Xoşbəxtliyin hər hansı bir siyasətə istiqamət verəcək bir ölçü vasitəsi olmadığını söyləyən Vermuelen "Ən bədbəxt insanlar, həyat şərtləri ən pis olan insanlar deyil" deyir.


Vermuelen-in fikrincə, yüksək təhsilli, səriştəli insanlar daha tələbkar və səriştəsi az olan insanlara nisbətən daha bədbəxtdirlər. Kənara meylli olan insanlar da bədbəxtlər kateqoriyasında yer alır.


Belçikalı professor sosial siyasətlər yaradılarkən hər şeydən şikayət edən, bədbəxt, yüksək təhsilli və kənara meylli insanların yaradılmamasına diqqət edilməsini istəyir. Vermeulen-ə görə, bu kateqoriyada olanlar onsuz da bədbəxtliyi əvvəldən qəbul edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh