Fernando Alonso "Formula-1"də karyerasını başa vurub

Yarışma 26 Noyabr 2018 09:50 Oxunub 1232
Fernando Alonso "Formula-1"də karyerasını başa vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, hələ gələcəkdə nə ilə məşğul olacağını müəyyənləşdirməyib

"Ferrari" komandasının pilotu Fernando Alonso "Formula-1"-də karyerasını başa vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, “Formula 1” üzrə Abu-Dabi Qran Prisi ispan üçün vida yarışı olub. O, yarışı 11-ci yerdə başa vurub. Alonso "Formula-1"də 17 mövsüm keçirib. İspaniyalı "Minardi", "Renault", "McLaren" və "Ferrari" komandalarında çıxış edib. O, iki dəfə - 2005 və 2006-cı illərdə dünya çempionu olub. Fernando Alonso daha əvvəl bildirib ki, gələcəkdə nə ilə məşğul olacağını müəyyənləşdirməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh