Özünü imtiyazlı hesab elən sürücü - VİDEO

Avtosfer TV 26 Noyabr 2018 09:49 Oxunub 1352
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hamı işsiz-gücsüz avaradır, bircə bu hamıdan vacib və ağıllı sürücüdür

Yeni Yasamal qəsəbəsinin Əsəd Əhmədov küçəsində özünü hamıdan "vacib" hesab edib qaydaları pozan sürücü avtosfer.az kameraları tərəfindən görüntülənib. 90 RD 244 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü,  25.11.2018 tarixində 12:12 radələrində özünü nədənsə digər sürücülərə nisbətən imtiyazlı və daha vacib hesab edərək 1.3 xəttinin tələbini pozub və tam olaraq hərəkət axınının əksinə hərəkət edib. Sürücünü bu halda İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi 100 manat və 4 cərimə balı cəza gözləyir. Artıq həmin sürücü barədə DYP rəsmilərinə elektron qaydada şikayət olunub. Ümid edirik ki, DYP rəsmiləri qısa zamanda sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini təmin edəcəklər. Avtosfer.az görüntüləri təqdim edir. 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh