Məktəb avtobusundan sığınacaq düzəldildi: Qiyamət günü üçün - FOTO

Maraqlı 26 Noyabr 2018 23:59 Oxunub 1257
Məktəb avtobusundan sığınacaq düzəldildi: Qiyamət günü üçün - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nüvə savaşı qorxusu insanları bir çox önləyici tədbirləri görməyə vadar edir

Bir çox dinə görə, dünyamızın müəyyən bir ömrü var. Əksər insanların inancına görə, qiyamət günü gəldiyində dünyada yaşayan tək bir canlı belə, qalmayacaq. Ancaq elm adamlarına görə, dünyanın sonunu gətirəcək səbəblər nüvə savaşları ola bilər. Bir-biri ilə yarışan dövlətlərin əsrəyə gətirdiyi silahlar, nüvə bombaları dünyanı yox edəcək gücdədir. Dünyamız son 100 ildə iki böyük savaş görüb. "Soyuq savaş" artıq geridə qalıb. Lakin dünyanın 3-cü bir savaş yaşamayacağının zəmanəti də yoxdur. Kanadada yaşayan Brus Biçin dünyanın sonunun gəldiyi zaman gizlənmək üçün inşa etdiyi sığınacaq hər kəsi təəccübləndirib. Nüvə savaşı qorxusu insanları bir çox önləyici tədbirləri görməyə vadar edir. Bu cür tədbirlərdən biri də Brus Biçin inşa etdiyi yeraltı sığınacaqdır. Avtosfer.az musavat.com-a istinadən Brus uzun illər Çikaqoda yaşayıb. Lakin o, 1970-ci ildən sonra Kanadanın uzaq, çöllük bölgəsi olan Hornings Millsa  köçüb. Brus Biç şəhərin səs-küyündən uzaq, sakit həyatın olduğu bu çöllük ərazidə "soyuq savaş" sırasında istifadə edilən nüvə silahlarından zərər çəkən insanların sağ qalma şansının olub-olmayacağını araşdırmağa başlayıb.

Bu minvalla işə başlayan Brus, 1980-1985-ci illər arasında Kanadadakı məktəblərdən yığdığı 42 köhnə avtobusu 300 dollar müqabilində satın alıb. O, bu avtobusları yerin 4.5 metr dərinliyinə basdırıb və üzərini betonla örtüb. Beləliklə günümüzdə Qüzey Amerikanın ən böyük nüvə sığınacağının təməlini atıb.

930 min kvadratmetrlik ərazisi olan bu sığınacağa, 500 nəfər insan rahatlıqla sığa bilir. Bundan başqa, sığınacaqda fərqli-fərqli işlər görmək üçün nəzərdə tutulmuş otaqlar da mövcuddur. Brus inşa etdiyi sığınacağın ən dəhşətli nüvə silahlarına belə, dayanıqlı olduğunu iddia edir. Lakin, ona yaxın olan adamlar heç də belə düşünmürlər. Onların sözlərinə görə, bu, zaman israfından başqa bir şey deyil.

Bütün sığınacaq boyunca 2 sənaye tipli yeməkxana, bir böyük salon, uşaqlar üçün məktəb və çamaşırxana inşa edilib. Eyni zamanda, burada içməli su ehtiyyatını qarşılamaq üçün qurğular, elektrik və yanacaq stansiyası, Amerika və Kanada ilə əlaqə yaratmaqdan ötrü nəzərdə tutulmuş radio stansiya da mövcuddur. Brusun sözlərinə görə, inşa etdiyi sığınacaqda qadın və kişilər üçün nəzərdə tutulmuş tualetlər, şəxsi əşyaların saxlana biləcəyi özəl yerlər də nəzərdə tutulub.

Hazırda 90-dan çox yaşı olan Brus öz əlləri ilə təkbaşına ərsəyə gətirdiyi "Ark Two" adlı bu sığınacağa sonuna qədər güvənir. Çox sevdiyi həyat yoldaşı da Brusun bütün qərarlarında onun yanındadır və ona hər zaman dəstəyini ifadə edir. Bütün bunlara baxmayaraq, hazırda bu yer istifadəyə yararsız haldadır. Dəfələrlə qapısı möhürlənərək giriş-çıxışına yasaq qoyulan sığınacaq, bir çox yanğın və sel basqınlarına məruz qalıb. Təəssüflə qeyd etmək lazımdır ki, "Ark Two" hazırda siçanlar və böcəklər tərəfindən istifadə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh