Bakının daha iki "avtoşu": biri taksi sürücüsüdür - VİDEO

Avtosfer TV 26 Noyabr 2018 10:11 Oxunub 1316
Bakının daha iki "avtoşu": biri taksi sürücüsüdür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağdan ötmə edərək sağ zolaqdakı avtomobilə təhlükə yaradıb

Bakıda ziqzaqvari hərəkət edən sürücülərin görüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, noyabrın 24-də paytaxtın Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən 99-MS-664 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağdan ötmə edərək sağ zolaqdakı avtomobilə təhlükə yaradıb. Bundan sonra həmin sürücü dəfələrlə digər avtomobillərin arasından keçərək təhlükəli hərəkətlər edib. Qeyd etdiyimiz avtomobil taksi fəaliyyəti ilə məşğuldur.

Eyni tarixdə paytaxtın Nobel prospektində hərəkət edən 42-BZ-184 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə qəfil sağ zolağa keçərək sağdan ötmə etdi və sonradan ziqzaqvari manevrlər edərək hərəkətinə davam etdi.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh