Qanunsuz sərnişindaşımaya qarşı mübarizə davam etdirilir - FOTO
Qaydalar 26 Noyabr 2018 15:34 131 dəfə oxunub
Qanunsuz sərnişindaşımaya qarşı mübarizə davam etdirilir - FOTO
Avtovağzalda daşıyıcılar və sürücülərlə görüş keçirilib

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması ilə bağlı rayon avtovağzalında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə görüş keçirilib, həmçinin qanunsuz sərnişindaşımanın qarşısını almaq məqsədilə reyd təşkil edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, görüşdə şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları yol hərəkəti qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumatlar verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərədə tutulduğu diqqətə çatdırılıb. Görüş zamanı sürücülərin ünvanladığı suallar da ətraflı şəkildə cavablandırılıb. Eyni zamanda sərnişindaşımada istifadə olunan iri və kiçik tutumlu avtobusların reysqabağı texniki müayinəsi aparılıb, sükan və əyləc sistemi yoxlanılıb. Xəttə çıxacaq sürücülərin tibbi müayinəsi keçirilib.
Bundan əlavə Masallı RPŞ-nin Dövlət Yol Polisi bölməsi tərəfindən qanunsuz sərnişindaşımaların qarşısını almaq məqsədilə Dövlət Avtomobil Nəqiyyatı Xidmətinin əməkdaşları ilə birgə reyd təşkil olunub. Reyd zamanı müəyyən edilmiş texniki baxışdan keçməyən, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma qaydalarını pozan, eləcə də qeyd olunmuş nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası olmayan ümumilikdə 11 nəfər sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb. Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.
 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh