Bakının gözəgörünməz işıqforları; onları DYP də «görmür» - FOTO - VİDEO

Xəbərlər 24 Fevral 2015 22:21 Oxunub 2415
Bakının gözəgörünməz işıqforları; onları DYP də «görmür» - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi belə problemləri həll etmək əvəzinə sürücüləri cərimələyir

Fotolarda gördüyünüz işıqfor Bakının Nərimanov rayonu ərazisində - Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşir. Bu fotoları Avtosfer.az-a göndərən oxucumuz Natiq Əlizadə bildirir ki, burada sovet dövüundən qalan və illərdir ki, işləməyən, paslanmış işıq dirəyi var: «Həmin işıq dirəyi həm işıqforda birinci sırada dayanan sürücülərin işığı görməsin mane olur (məcbur olursan əyilib yuxarıdakı işığa baxasan), həm də şəhərin görünühünü korlayır».

Bəzən sürücülər həmin ərazidə işıqforu görmədiyi üçün qayda pozurlar. Yol polisi isə onları saxlayıb cərimə yazır. Əslində isə yol polisi qayda pozuntusunun səbəbini araşdırıb aradan qaldırmalıdır. Hər bir yol polisi inspektoru dislokasiya üzrə təyin olunduğu ərazidəki yollarda yaranmış problemləri aşkar edib aidiyyatı orqanlara məlumat verməyə və bunun aradan qaldırılmasına borcludur. Görünür, bəziləri bu çatışmazlıqları ya görmür, ya da onlara belə vəziyyət sərf edir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh