Təyyarə, bibər və avtomobil formasında tabutlar - FOTO

Avtosfer Foto 27 Noyabr 2018 00:11 Oxunub 1766
Təyyarə, bibər və avtomobil formasında tabutlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə bir tabutun qiyməti 1000 dollardır

Qanada bir çox insan statusunu, şəxsiyyətini və reallaşdıra bilmədiyi arzularını əks etdirən tabutlarda dəfn edilir. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, belə bir tabutun qiyməti 1000 dollardır. Dünyanın ən böyük kakao istehsalçısı olan Qanada bir çox ailə əsasən kakao çəyirdəyi formasında tabuta üstünlük verir. Qanada fermerlərin gündəlik qazancı 3 dollardan azdır. Tabut üçün isə kəndlilər öz aralarında pul yığırlar. Tabut ustası Stiv Ansah deyib: “Bu tabutlar ölən şəxsin yüksəs statusunu təmsil edir”. Tabutlar yerli dildə “Abadeuu Adekai”, yəni “atalar sözü qutusu” kimi səslənir. Səbəb isı hazırlanan tabutların simvolik mənasının olmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh