“Mercedes-Benz” 141 ədəd avtomobilini geri çağırır

Avtoxəbər 26 Noyabr 2018 21:08 Oxunub 1227
“Mercedes-Benz” 141 ədəd avtomobilini geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət qüsurları öz hesabına aradan qaldıracaq

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” Çin bazarında satdığı 141 ədəd AMG S65L və AMG S63L 4MATIC+ modellərini çoxfunksiyalı kameralarının proqram təminatındakı qüsurlara görə geri çağırır. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2017-ci ilin iyunundan 2018-ci ilin fevralınadək müddətdə istehsal olunan nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin qüsurlar avtomobillər saatda 105 kilometrdən yuxarı sürətlə hərəkət edərkən toqquşmadan mühafizə sistemini zəiflədə, bununla da təhlükə risklərini artıra bilər. “Mercedes-Benz” şirkəti qüsurları öz hesabına aradan qaldıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh