“Evakuasiya.az” MMC 166 yükdaşıma şirkəti ilə birgə məktəbliləri ziyarət edib - FOTO

Yazarlar 27 Noyabr 2018 13:12 Oxunub 4472
“Evakuasiya.az” MMC 166 yükdaşıma şirkəti ilə birgə məktəbliləri ziyarət edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəblilərə dərs ləvazimatları hədiyyə olunub

Ölkəmizin qabaqcıl şirkətlərindən olan 166  Yükdaşıma və Logistika şirkəti və “Evakuasiya.Az” MMC-nin 17 nəfərdən ibarət peşəkar heyəti Astara Rayonunun Toradi kəndinin orta məktəbində təhsil alan, odlar yurdu Azərbaycanımızın gələcəyi olan məktəbliləri ziyarət etdilər. Orta məktəbdə 130-dan çox şagird təhsil alır.
Şirkət rəhbəri Aqil Zeynalov, məktəb nümayəndələri və Astara rayonunun Toradi kəndinin tam orta məktəbinin direktoru Ramin Əliyev şagirdlərlə təhsilin önəmi, gələcək perspektivlər haqqında maarifləndirici söhbət aparıblar.


Bununla yanaşı, 166 Yükdaşıma və Logistika, eləcə də “Evakuasiya.Az” MMC xidmətinin heyəti bundan sonra da onlara dəstək olacaqlarını, həmçinin mütəmadi ziyarətlər təşkil edəcəklərini bildirdilər.


Məktəb Direktoru Ramin Əliyev və müəllimlər də bu ziyarətdən məmnunluq hissi duyduqlarını bildirdilər. Sonda məktəblilərə dərs ləvazimatları hədiyyə olundu və onlarla xatirə şəkilləri çəkildi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh