Yeni “Mercedes-Benz GLE”-nin Azərbaycana gəlmə tarixi bilindi - FOTO

Avtoxəbər 27 Noyabr 2018 13:17 Oxunub 1056
Yeni “Mercedes-Benz GLE”-nin Azərbaycana gəlmə tarixi bilindi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onu əvvəlki modellə heç nə birləşdirmir

Bu yaxınlarda “Mercedes-Benz GLE”-nin yeni nəslinin təqdimatı baş tutub. “Mercedes-Benz”-in Azərbaycanda baş nümayəndəliyi olan “Avtokapital-Azərbaycan” şirkəti tərəfindən artıq bu premium krossoverin Azərbaycana nə vaxt gələcəyi dəqiqləşdirilib. Şirkətdən Avtosfer.az-a verilən məlumatda o da qeyd olunub ki, “Mercedes-Benz”-in Azərbaycandakı rəsmi diler şəbəkəsi yeni model üçün sifarişləri qəbul etməyə başlayıb. Yeni “Mercedes-Benz GLE”-nin debütü 2 oktyabr tarixində Paris avtosalonunda baş tutdu. “Mercedes-Benz”-in Azərbaycan nümayəndəliyinin verdiyi məlumata görə, bizim bazarda populyar premium krossoverin satışına 2019-cu ilin birinci yarısında başlanılacaq. 

Yeni “Mercedes-Benz GLE” yolsuzluq avtomobili həqiqətən də yeni modeldir. Faktiki olaraq, bəzi vizual detallar istisna olmaqla, onu əvvəlki modellə heç nə birləşdirmir. O daha böyük, daha ağıllı və daha texnolojidir. Onun geniş mühərrik, asqı və hətta bir neçə tam ötürücü sistem çeşidi vardır.

Sifarişlər aşağıdaki ünvanlarda qəbul edilir:

Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh