Geri qayıdan kapsul Yaponiya ictimaiyyətinə təqdim edilib

Texnologiya 28 Noyabr 2018 00:15 Oxunub 1233
Geri qayıdan kapsul Yaponiya ictimaiyyətinə təqdim edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Konus şəklində olan kapsulun dibi 80 santimetr diametrindədir

Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) Beynəlxalq Kosmik Stansiyadan geri qayıdan kapsulu ictimaiyyətə nümayiş etdirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Tokionun şimalında yerləşən Tsukuba şəhərindəki obyektdə noyabrın 27-də ilk dəfə KİV nümayəndələrinə təqdim edilən kapsulun prinsipcə işlədiyi bildirilib. Konus şəklində olan kapsulun dibi 80 santimetr diametrindədir və o, KİV-lərin nümayəndələrinə sökülmüş vəziyyətdə nümayiş olunub. Kosmosdakı aparatdan geri dönən bu kapsulun daxilində tibbi məqsədlər üçün protein yerləşdirilmişdi və o, həmin yüklə Yerə qayıdıb. Bu, Yaponiya üçün ilk belə nailiyyətdir. Kapsul planda nəzərdə tutulduğu kimi, noyabrın 11-də Sakit okeana düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh