Azərbaycana daha bir yük təyyarəsi gətirilib

Yeniliklər 27 Noyabr 2018 20:57 Oxunub 947
Azərbaycana daha bir yük təyyarəsi gətirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olub. Bu barədə Avtosfer.az-a Şirkətdən məlumat verilib. Məlumata görə, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir. Yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək. Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh