ABŞ Misirə 1 mlrd. dollar dəyərində 10 vertolyot satacaq

Texnologiya 28 Noyabr 2018 07:25 Oxunub 1215
ABŞ Misirə 1 mlrd. dollar dəyərində 10 vertolyot satacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Misir, Sinay yarımadasında vertolyotları parkını genişləndirmək niyyətindədir

Birləşmiş Ştatlar Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş "AH-64E Apache" hücum vertolyotları, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini tədarük etmək barədə qərar qəbul edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi məlumat yayıb. "Təklif olunan saziş Yaxın Şərqdə strateji tərəfdaşın təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Misir, Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə mövcud çoxməqsədli hücum vertolyotları parkını genişləndirmək niyyətindədir", - deyə yayılan sənəddə qeyd olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh