Özünə əziyyət vermək istəməyən sürücü qaydanı belə pozdu - VİDEO

Avtosfer TV 28 Noyabr 2018 15:10 Oxunub 1074
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1.3 nişanlanma xəttinin tələbini pozub sola həyətə daxil olur

Paytaxtın Hüseyn Cavid prospektində daha bir qayda pozan sürücü Avtosfer.az kameraları tərəfindən görüntülənib. Videogörüntünü göndərən sürücü 27.11.2018 tarixində, 21:59  radələrində  getdiyi yerdə qarşıdakı 99 RS 813 dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin azaldığını və səbəbsiz olaraq dayandığıni görüb. Təbii ki bu da videogörüntünü çəkən sürücünün dayanmasına və təhlükəyə səbəb olub.

Sonradan aydın olur ki, sözügedən avtomobilin sürücüsü qabaqda dairədən dönüb qaydalar çərçivəsində geri qayıtmağı özünə əziyyət hesab edib, 1.3 nişanlanma xəttinin tələbini pozub sola həyətə daxil olur. Digər hərəkət iştirakçılarına təhlükə yaratmağı isə heç vecinə də deyil. Görüntünü gondərən sürücü artıq bu barədə rəsmi şikayət etdiyini bildirir.


Avtosfer.az sizə görüntüləri təqdim edir.


Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh