Sığorta şirkətləri insanları belə bezdirir - Susmayan zənglər - VİDEO

Avtosfer TV 28 Noyabr 2018 15:14 Oxunub 1145
Sığorta şirkətləri insanları belə bezdirir - Susmayan zənglər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəstəyin o biri tərəfində “nəzakətli” xanımlar, yaxud bəylər sizi sığorta etməyinizi “məsləhət görürlər”

İlin son ayına qədəm qoymaqdayıq. Adətən bu vaxtlar bəzi yenilənməıi olan işlər olur. Məsələn icbari sığorta kimi. Əksər vaxtlar sığorta şirkətləri bunu il sonuna salırlar. Amma...

Hələ sığorta müqaviləsinin bitməsinə bir ay qalmış demək olar ki, hər gün bir çeə sığorta şirkəti sürücüyə zəng edir. Dəstəyin o biri tərəfində “nəzakətli” xanımlar, yaxud bəylər sizi sığorta etməyinizi “məsləhət görürlər.” Adınız, soyadınız, maşınınızın nömrəsi, ev ünvanına kimi. Bütün bu şəxsi məlumatları necə əldə etdikləri başqa bir mövzudur.

Bəzən elə olur ki, eyni gündə bir neçə sığorta şirkəti zəng edir. Təbii ki, bu planlaşdırılmamış “nəzakətli zəng” zamanı sizdən əl çəkmək istəməyən sığorta agentləri bir çox hallarda əsəbi müştərinin təhqirləri ilə üz-üzə qalırlar.

Elə təqdim edəcəyimiz videoda da əməkdar artist Cavanşir Məmmədova efirdə olduğu zaman sığorta agenti zəng edir. Əməkdar artisit ilə zəng edən arasında maraqlı bir dialoq da yaranır. Avtosfer.az həmin videonu təqdim edir:

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh