Prokuror müğənni Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza istəyib

Avtoxəbər 28 Noyabr 2018 20:03 Oxunub 921
Prokuror müğənni Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Vüqar Quliyev çıxışında M.Məmmədovanın 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsiriləndirilən şəxsin vəkili müdafiə çıxışı etmək üçün məhkəmədən vaxt tələb edib. Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin olunub. Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh