“Mercedes”dən təyyarə mühərrikli yeni KONSEPT - FOTO

Avtoxəbər 29 Noyabr 2018 01:18 Oxunub 1158
“Mercedes”dən təyyarə mühərrikli yeni KONSEPT - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu modeldə də dizayner iki təyyarə mühərrikindən istifadə edib

II dünya müharibəsindən sonra avtomobil istehsalçıları əldə etdikləri gəlirlə yarış avtomobilləri istehsal etməyə başladılar. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, “Mercedes” şirkəti də “Formula 1”də uğur qazanmağın planlarını qururdu. Bu planlardan biri də “W196R” modeli idi. Bu model ilə “Mercedes” komandası müharibədən sonra “Formula 1” yarışlarına geri qayıdıb. 1954-cü ildə isə bu model ilə komanda qələbə qazandı. Koreyalı dizayner Minvunq İm original “W196R” modeli üzərində işləyərək yeni konsept hazırlayıb. Konsept “2040 Mercedes-Benz W196R Streamliner” adlanır. Bu modeldə də dizayner iki təyyarə mühərrikindən istifadə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh