Bakının “zəbt olunmuş” avtobus dayanacağı – VİDEO

Yazarlar 28 Noyabr 2018 20:55 Oxunub 1142
Bakının “zəbt olunmuş” avtobus dayanacağı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin sürücü 40 manat məbləğində cərimə olunur

Sürücülər şəxsi avtomobillərini paytaxtın Cəlil Məmmədquluzadə küçəsi 99 ünvanında yerləşən avtobus dayanacağının ərazisində park edirlər. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, avtobus sürücüləri nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalır ki, bu da qəza şəraitinin yaradılmasına zəmin yaradır, eləcə də dayanacaqlarda piyadaların sərbəst hərəkətinə mane olur.

Qeyd edək ki, dayanma, durma, parklanma qaydalarının pozulmasına görə dövlət yol polisi tərəfindən fotomateriallar tərtib edildikdə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinə görə 40 manat məbləğində cərimə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh