"Nargilə dairəsi"ndə yaranan tıxacı necə aradan qaldırmaq? - VİDEO

Yazarlar 29 Noyabr 2018 08:15 Oxunub 2048
"Nargilə dairəsi"ndə yaranan tıxacı necə aradan qaldırmaq? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq ərazidə təhlillər aparılıb və hərəkətə maneə yaradan amillər müəyyən edilib

Günün pik saatlarında Nobel prospektinin Nargilə kafesi kimi tanınan ərazisində nəqliyyatın hərəkəti iflic olur. Bəzi hallarda tıxac kilometrlərlə uzanır və sürücülər prospektin başlanğıcından Nargilə kafesinə qədər olan məsafəni qət etmək üçün 1 saatdan da artıq vaxt itirirlər. Çəkiliş apardığımız vaxt biz də bunun şahidi olduq. Həmin yoldan mütəmadi hərəkət edən sürücülər problemin əsaslı şəkildə həll edilməsini istəyirlər. Hətta müəyyən təkliflər səsləndirənlər də var. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da problemin həlli istiqamətində maraqlı təkliflər irəli sürüb. Ekspertin fikirincə, Nobel prospekti-Zığ şossesi və Ramiz Quliyev küçəsinin kəsişməsində yaranan tıxacı iki üsulla həll etmək olar. Təkliflərdən birincisi həmin yolda qovşağın-tunelin və ya körpünün inşa edilməsidir ki, ekspert bunun böyük vəsait hesabına mümkün olacağını və aylarla vaxt apara biləcəyini deyir. Ekspert ikinci təklifi isə mövcud vəziyyətdə daha real hesab edir. Çünki bu layihə böyük vaxt və maliyyə tələb etmir. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda paytaxtın inzibati ərazisində müxtəlif yollarda və yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri aparılır. Bu işlər çərçivəsində Nobel prospekti-Zığ şossesi və Ramiz Quliyev küçəsinin kəsişməsində də nəqliyyat şəraiti yaxşılaşdırılacaq. Artıq ərazidə təhlillər aparılıb və hərəkətə maneə yaradan amillər müəyyən edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh