İki uşaq körpüdən yük qatarının üzərin tulandı: biri yandı, digəri isə... – FOTO + VİDEO

Avtosfer TV 29 Noyabr 2018 22:25 Oxunub 1194
İki uşaq körpüdən yük qatarının üzərin tulandı: biri yandı, digəri isə... – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı istintaq davam etdirilir

Türkiyənin Balıkesir əyalətində körpüdən hərəkətdə olan yük qatarına tulanan iki uşaqdan biri qatardan yıxılaraq ağır xəsarətlər alıb. Avtosfer.az haberler.com-a istinadən xəbər verir ki, 13 yaşlarında iki uşaq körpüdən hərəkətdə olan yük qatarının vaqonlarından birinin üzərinə atılıb. Bir müddət səyahət edikdən sonra uşaqlardan biri - Birhat Elitaş tarazlığını itirərək vaqondan yıxılaraq yüksək gərginlikli xəttə çırpılıb. Ərzaidən keçən bir şəxs tərəfindən relslərin yanında tapılan Elitaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə şahidlərinin çağrışı ilə hərəkətə keçən polis əməkdaşları digər uşaqlardan biri olan Deniz Çakmakın axtarışlarına başlayıb. Relslərin üzərində əl fənəri ilə axtarılan Çakmak sonda evində tapılıb.

Hadisə ilə bağlı istintaq davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh