Azyaşlı tapılaraq ailəsinə qaytarıldı – Polisə təşəkkür etdilər - FOTO

Xəbərlər 29 Noyabr 2018 14:55 Oxunub 1384
Azyaşlı tapılaraq ailəsinə qaytarıldı – Polisə təşəkkür etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb

Noyabrın 28 -də Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayonu Qobuqıraq kənd sakini, 11 yaşlı M.Y. azyaşlı uşağının itməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində 11 yaşlı oğlan uşağı rayonun Zərdabi qəsəbə ərazisində tapılaraq RPŞ-nə gətirilib. Polis əməkdaşları tərəfindən oğlanın ailəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunublar və övladları M.Y. tam sağlam olaraq ailəsinə təhvil verilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, uşağın valideynləri övladlarının tapılaraq sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Quba RPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər. 


Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh