Bakıda yol polisi xəstəxanalıq oldu – xanım sürücü vurubmuş - VİDEO
Yol polisi 29 Noyabr 2018 21:04 1132 dəfə oxunub
Bakıda yol polisi xəstəxanalıq oldu – xanım sürücü vurubmuş - VİDEO
Hadisə Dövlət Filarmoniyasının qarşısında baş verib

21:04

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb xanım sürücü olub. Belə ki, idarəetməni itirən sürücü digər avtomobilə vurmamaq üçün sükanı çevrib və nəticədə yol kənarında xidmət aparan YPX əməkdaşına yüngül toxunub. Xəsarət ağır olmasa da müayinə üçün yol polisi xəstəxanaya aparılıb. Vəziyyəti yaxşıdır.

16:04

Bakıda yol polisinin halı qəfildən pisləşib. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, bu barədə blogger Bəxtiyar Hacıyev məlumat yazıb. Hadisənin görüntülərini lentə alan blogger qeyd edib: “Yol polisini xəstəxanaya apardılar. Nə baş verdiyini bilmədim”. Hadisə Dövlət Filarmoniyasının qarşısında baş verib. Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad
E-mail
Şərh